“Beşiktaş” qışda heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, “qara qartallar” “Torino”nun futbolçusu Valentino Lazaro ilə maraqlanır.
Bu barədə "Teamtalk" məlumat yayıb.
Məlumata görə, mövsüm sonunda müqaviləsi başa çatacaq 29 yaşlı oyunçu ilə bağlı “Beşiktaş”ın danışıqlara başlayıb.
Qətər təmsilçilərindən "Əl-Duhail"in də futbolçu ilə maraqlandığı bildirilir.
Lazonun qərar verməkdə tələsməyəcəyi və bütün təklifləri nəzərdən keçirdikdən sonra seçim edəcəyi vurğulanıb.
Qeyd edək ki, “Zalsburq” akademiyasının yetirməsi olan Valentino Lazaro karyerası ərzində “Herta Berlin”, “Nyukasl Yunayted”, “Borussiya Münhenqladbax”, “Benfika” və “İnter” kimi klublarda çıxış edib.
- "Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb
- “Real”ın oyunçusu Anqolada futbol akademiyası açacaq
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- DÇ-2026: Norveçdən 11 qol, Haalanddan penta-trik - YENİLƏNİB
- Kenan Yıldız "Yuventus"da dekabrın ən yaxşısı seçilib