"Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb
11.09.2025 - 12:51
"Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb

“Beşiktaş"ın zədəli futbolçusu Vilfred Ndidinin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin budun arxa əzələsində (semimembranosus) dartılma və qanama aşkarlanıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Nigeriya millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsinin  Cənubi Afrika Respublikası (CAR) ilə görüşündə sıradan çıxmışdı.