“Beşiktaş”a keçidi baş tutmayan futbolçu “Vest Hem”də - RƏSMİ
20.07.2025 - 13:52
“Beşiktaş”a keçidi baş tutmayan futbolçu “Vest Hem”də - RƏSMİ

“Beşiktaş”a transferi baş tutmayan Kayl Uolker-Petersin yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu karyerasını vətənində davam etdirəcək.

28 yaşlı sağ cinah müdafiəçisi “Vest Hem”də çıxış edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, London təmsilçisi futbolçu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kayl Uolker-Petersin son klubu “Sauthempton” olub.