“Beşiktaş”ın futbolçusu Yunanıstan klubunda - RƏSMİ
13.09.2025 - 17:07
“Beşiktaş” futbolçusunu icarəyə göndərib.
Apasport.az xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, portuqaliyalı yarımmüdafiəçi Afina təmsilçisinin heyətində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.
32 yaşlı oyunçunun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü karyerası ərzində “Sportinq”, “İnter”, “Vest Hem” və “Lokomotiv”(Moskva) komandalarında da çıxış edib.
- Mahir Məmmədov: "Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddindən artıq böyükdür"
- Arda Turan keçmiş yetirməsini “Şaxtyor”a gətirir?
- "Qalatasaray" “Ayaks”ı darmadağın etdi, ÇL-də günün nəticələri - YENİLƏNİB
- Sabiq "İnter"li Avstriya millisinin tarixinə düşüb
- ÇL: “Qarabağ” səfərdən qalib qayıdır - YENİLƏNİB
0
0