“Beşiktaş”lı futbolçunun gələcəyinə aydınlıq gəlib
08.05.2025 - 17:32
Hazırda karyerasını icarə əsasında Portuqaliyanın "Rio Ave" klubunda davam etdirən "Beşiktaş"ın futbolçusu Demir Ege Tıknazın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, futbolçu "qara qartallar"dan ayrılacaq.
Bu barədə İstanbul təmsilçisinin Prezidenti Serdal Adalı çıxışında bildirib.
Onun sözlərinə görə, "Rio Ave" oyunçunun müqaviləsində yer alan 5 milyonluq satınalma bəndini mövsümün sonunda aktivləşdirəcək.
Qeyd edək ki, 20 yaşlı türkiyəli yarımmüdafiəçi bu mövsüm komandası ilə birgə çıxış etdiyi 31 rəsmi matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Hacıosmanoğlu: “Hakimlərlə başladıq, indi sıra futbolçulardadır”
- Deflimpiya üzrə milli komandanın məşqçi heyətinin təqdimatı baş tutub - FOTO
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Kadi Borges: "Əsas mərhələdə əlimizdən gələni edəcəyik"
- Super Liqa: “Beşiktaş” turu 3 xalla başa vurub
0
0