"Bornmut"un üzvü komandasını dəyişə bilər
19.02.2025 - 18:14

İngiltərə Premyer Liqası komandalarından “Bornmut”un üzvü Din Huysen yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, “Bavariya”, “Çelsi”, “Tottenhem”, “Aston Villa” klubları 19 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Bornmut” ispaniyalı üçün 50 milyon avrodan aşağı təklifləri qəbul etməyəcək.
Xatırladaq ki, Premyer Liqa təmsilçisi oyunçunu ötən il “Roma”dan 15 milyon avro qarşılığında transfer edib
Qeyd edək ki, Din bu mövsüm “Bournmut”un heyətində iştirak etdiyi 22 rəsmi matçda 2 qolla yadda qalıb.
0
0