“Çelsi” Qana millisinin üzvü ilə maraqlanır
04.06.2025 - 19:25

Bu mövsüm UEFA Konfrans Liqasının qalibi olan “Çelsi” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, “zadəganlar” “Vest Hem”də çıxış edən Məhəmməd Kudusla yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, “Çelsi” 24 yaşlı vinger üçün 70 milyon avronu gözdən çıxarıb.
Qeyd edək ki, Qana millisinin üzvü bu mövsüm “Vest Hem”in heyətində iştirak etdiyi 35 rəsmi matçda 5 qol, 4 assistlə yadda qalıb.
Onun komanda ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
0
0