"Çelsi"dən "Dortmund"a - RƏSMİ
27.08.2025 - 11:10
"Borussiya Dortmund" növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, komanda "Çelsi"dən Karni Çukvuemekanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi bu keçid üçün London klubuna 20 milyon avro ödəyəcək. 21 yaşlı yarımmüdafiəçi ilə 25 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Karni Çukvuemeka ötən mövsümün ikinci yarısında icarə əsasında "Borussiya"nın formasını geyinib. O, "sarı-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.
- Dünya çempionatı üçün millimizin heyəti açıqlanıb
- "Fənər"in Çempionlar Liqasındakı rəqibi bəlli olub
- Samir Abasov: "Səni istəməyənlər, "Neftçi"ni istəməyənlər..."
- İngiltərə millisinin üzvü “Bavariya”dan ayrılır – Fransada çıxış edəcək
- Mahir Şükürov: "Hazırkı yığma Azərbaycan tarixinin ən zəif millisidir"
0
0