"Çelsi"nin hücumçusu "Bavariya"da
02.09.2025 - 12:55
"Çelsi"nin hücumçusu "Bavariya"da

“Bavariya” daha bir transferi rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, komanda “Çelsi”nin hücumçusu Nikolas Ceksonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 24 yaşlı seneqallı forvard bir illik icarə əsasında Bavyera təmsilçisinin şərəfini qoruyacaq.

Bundesliqa klubu bu keçid üçün “zadəganlar”a 15 milyon avro ödəyib. Həmçinin oyunçunun müqaviləsində 65 milyon avroluq məcburi satınalma maddəsi yer alıb.

Qeyd edək ki, Cekson ötən mövsüm “Çelsi”nin heyətində 37 rəsmi oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.