
Səudiyyə Ərəbistanının təmsilçilərindən olan "Əl-Hilal" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klub "İnter"dən ayrılması gündəmdə olan Hakan Çalhanoğlu ilə yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, "Əl-Hilal" həmçinin "Qalatasaray"ın da heyətində görmək istədiyi 31 yaşlı türkiyəli yarımmüdafiəçiyə illik 20 milyon avro qazanacağı müqavilə təklif edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı klubu "sarı-qırmızılılar"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhenlə də maraqlanır.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Hakan Çalhanoğlunun "İnter"lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.