Hazırda karyerasını Fransanın “Monako” klubunda davam etdirən və müqavilə ilə “Beşiktaş”a məxsus olan Əl-Musratinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Liviya millisinin üzvü yayda Super Liqa təmsilçisinə geri qayıdacaq.
Bu barədə Liqa 1 təmsilçisinin idman direktoru Tiaqo Skuro jurnalistlərə açıqlamasında məlumat verib. Klub rəsmisi futbolçunun komandada qalmayacağına dair qərarın həm Əl-Musratiyə, həm də “Beşiktaş” rəhbərliyinə bildirildiyini deyib.
Xatırladaq ki, “Monako” 29 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində “qara qartallar”dan 1 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürmüşdü.
Qeyd edək ki, Əl-Musrati Fransa klubunun heyətində 11 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Everton"dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda
- “Liverpul”da ciddi itki - ÇARPAZ BAĞLARI QOPDU
- “Qəbələ”nin futbolçusu: ‘Qarabağ’ın ÇL-dəki qələbəsi məni ruhlandırdı”
- Niyaməddin Paşayev: “İdmançıların əsas hədəfi yığmaya düşməkdir”
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB