Əlcəzair millisinin üzvü “Siti”də
05.06.2025 - 18:14

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “şəhərlilər” “Vulverhempton”un müdafiəçisi Rayan Ait-Nurini transfer edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Siti” 23 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan Ait Nuri bu mövsüm “Vulverhempton”un heyətində 41 rəsmi oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0