En-Nesri rəsmən “Əl-İttihad”da
04.02.2026 - 02:24
“Fənərbaxça”nın futbolçusu Yusif En-Nesrinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, “Əl-İttihad” 28 yaşlı hücumçunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı təmsilçisi bu keçid üçün qarşı tərəfə 15 milyon avro ödəyib.
Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm “Fənərbaxça”nın heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

- “Qarabağ” ÇL-də tarix yazmağa davam edir: ARDICIL İKİNCİ QƏLƏBƏ - YENİLƏNİB
- “Sabah”ın baş məşqçisi: “Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq”
- Borclarını ödəyə bilmədi - II LİQAYA DÜŞDÜ
- “Roma”nın futbolçusu “Beşiktaş” yolunda
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
0
0