"Fənər" Mourinyonu göndərdi - RƏSMİ
29.08.2025 - 11:38
"Fənərbaxça"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komanda Joze Mourinyo ilə yollarını ayırıb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, təcrübəli çalışdırıcı ötən ilin yayından “Fənərbaxça”ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında “sarı-lacivərdlilər” 62 rəsmi oyuna çıxıb. Bu görüşlərin 37-də qələbə, 14-də heç-heçə qeydə alınıb, 11-də isə məğlubiyyət yaşanıb.
- "Qarabağ" ÇL-da uduzsa? - Potensial rəqiblər bəlli oldu - YENİLƏNİB
- DÇ-2026: Fransa Ukraynanı məğlub etdi - YENİLƏNİB
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- Millimizin üzvü “Sumqayıt”da - RƏSMİ
- “Fənər”in futbolçusu “Zenit”ə transfer ola bilər
0
0