"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib
09.09.2025 - 12:18
"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, İstanbul klubuna Domeniko Tedesko rəhbərlik edəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub. 39 yaşlı italiyalı mütəxəssisin yaxın günlərdə Super Liqa təmsilçisi ilə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" bir müddət əvvəl baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırmışdı.
- “Azərreyl” Serbiya klubu ilə qarşılaşacaq
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Formula 1 Azərbaycan Qran Prisində ilk gün sürprizlərlə yadda qalıb
- İspaniya millisinin üzvü "Trabzonspor"u yox, "Flamenqo"nu seçdi
- Çempionlar Liqasında həftənin qoluna namizədlər: Addai də siyahıda
0
0