“Fənər”dən 18 milyonluq transfer
19.08.2025 - 22:08
"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Salzburq" forması geyinən Dorgeles Neneni rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-lacivərdlilər" 22 yaşlı malili hücumçu ilə 5 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.
Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.
- Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”
- Beyl futbola geri qayıdır – bu dəfə klub sahibi kimi!
- Debütant ev oyunlarını Şamaxıda keçirəcək
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
0
0