Fransa millisinin üzvü “Milan” yolunda
06.06.2025 - 23:22
"Milan" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, rossonyerilər "Marsel”in yarımmüdafiəçisi Adrian Rabiotla yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, "Milan" 30 yaşlı oyunçu üçün 10 milyon avronu gözdən çıxarıb.
Rabiotun özü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "Marsel"in heyətində çıxış etdiyi 31 rəsmi matçda 10 qol, 6 assistlə yadda qalıb.
- “Arsenal”ın sabiq futbolçusu vəfat edib
- Daha neçə uşağın ahını alacaqsınız? - Futbol üzrə qardaşoğlu millisi
- “Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO
- Super Liqa: “Fənər” 3 xalı 4 qolla qazandı
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin kuboku "Odlar Yurdu"na həsr olunub - VİDEO
0
0