Futbol dünyasından daha bir ulduz ayrılır - KARYERASINI SONLANDIRACAQ
26.09.2025 - 13:51
“İnter Mayami”nin futbolçusu Serxio Buskets mövsümün sonunda karyerasını başa vuracaq.
Apasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında açıqlama verib.
O, MLS-də bu ilin sonunda yekunlaşacaq mövsümlə birlikdə futbolçu karyerasına nöqtə qoyacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Buskets 2008–2023-cü illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. Təcrübəli oyunçu 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub.
- Qaşim Maqomedov: “Daha çox hazırlaşsaydım, qızıl medal qazana bilərdim”
- Messi oynadı, “İnter Mayami” finalda məğlub oldu - VİDEO
- İdmançılarımız İtaliyada keçirilən turnirdə 16 medal qazanıblar
- Avropa Liqası: "Sabah" evdə məğlub oldu -YENİLƏNİB
- Velko Simiç: “Sabah gücümüzü meydanda nümayiş etdirəcəyik”
0
0