"İnter"in forvardı "Olimpiakos"da - RƏSMİ
01.09.2025 - 13:23
"İnter"in hücumçusu Mehdi Taremi karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu "Olimpiakos"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, İran millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb. "Olimpiakos" bu keçid üçün qarşı tərəfə 2,5 milyon avro ödəyib.
Qeyd edək ki, Mehdi Taremi ötən mövsüm "İnter"in heyətində çıxış etdiyi 43 rəsmi matçda 3 qol və 9 assistlə yadda qalıb.
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Azərbaycan Kuboku: "Göygöl" və "Xankəndi" növbəti mərhələdə - YENİLƏNİB
- Qismət Alıyev: “Meydanda ən yaxşısını etməyə çalışacağıq”
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- Fransa millisinin üzvü “Milan” yolunda
0
0