Kerem Demirbayın yeni klubu bəlli olub
15.01.2026 - 18:51
Türkiyə Super Liqa təmsilçisi “Eyüpspor”la yollarını ayıran Kerem Demirbayın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi karyerasını “Kasımpaşa”da davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 32 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kerem Demirbay cari mövsümdə “Eyüpspor”un heyətində 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirilib - FOTO
- “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- “Fənər”in futbolçusu 3 oyunluq CƏZALANDIRILIB
- “Liverpul”un hücumçusu ƏMƏLİYYAT OLUNACAQ
0
0