La Liqadan A Seriyasına - RƏSMİ
19.08.2025 - 19:25
"Napoli" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İtaliya çempionu "Jirona"dan Miqel Qutyerresi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyəcək. 24 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Miqel ötən mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 6 assistlə yadda qalıb.
- İngiltərə Liqa Kuboku: “Çelsi” və “Liverpul” 1/16 finalda
- Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”
- Cahangir Fərəcullayev: “Bizim üçün ən vacib prioritet milli komandadır”
- Rauf Əliyev: “ÇL-də iştirak edə biləcək yeganə komanda "Qarabağ"dır”
- Fərman Həsənov: “Azərbaycanda məğlub olmağı ağlımdan belə keçirmirəm”
0
0