“Latsio”dan göndərildi – “Torino”ya rəhbərlik edəcək
05.06.2025 - 17:48

İtaliya A Seriyası təmsilçilərindən “Torino”nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, komandaya bir müddət əvvəl “Latsio”dan ayrılan Marko Baroni rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Torino” 63 yaşlı mütəxəssislə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Marko Baroni karyerası ərzində “Leççe”, “Verona”, “Benevento” kimi klublarda da baş məşqçi kimi çalışıb.
- DÇ: "Fluminense"dən qələbə, "Palmeyras" "Çelsi" ilə bacarmadı- YENİLƏNİB
- Serdal Adalı: "Əgər mən qısa zamanda uğur qazanmaq istəsəydim..."
- "Neftçi" “Hapoel Təl-Əviv”lə heç-heçə edib - YENİLƏNİB
- “Fənər”in prezidenti Bakıda - “Qarabağ”ı ziyarət etdi - FOTO
- PSJ-nin müdafiəçisi Premyer Liqa klubunda - RƏSMİ
0
0