Levandovski Messinin uğurunu təkrarlayıb
17.03.2025 - 13:54
"Barselona" La Liqanın XXVIII turunda "Atletiko"nu məğlub edərək vacib qələbə qazanıb – 4:2.
Apasport.az xəbər verir ki, katalon klubunun ilk qolunun müəllifi Robert Levandovski olub. Polşalı forvard mövsüm ərzində iştirak etdiyi 40 oyunda ümumilikdə 35 dəfə fərqlənib.
Levandovski son 4 mövsüm ərzində "Barselona" forması ilə 35 və daha çox qol vuran ilk futbolçu olub.
Bu uğura ən son Lionel Messi 2020/21 mövsümündə nail olmuşdu – o, həmin mövsümdə 47 matçda 38 qol vurmuşdu.
- Rəşad Sadıqov: “Hücum xəttində sıxıntılar yaşayırıq”
- Montellalı Türkiyə Uelsə qarşı
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
0
0