PSJ-nin baş məşqçisi Luis Enrike yerli mətbuata verdiyi açıqlamada Canluici Donnarummanın komandadan ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA Superkubokunun iştirak ərizəsinə Donnarummanı salmamasının səbəbini izah edib:
“Donnarummanın UEFA Superkubokunun heyətinə daxil edilməməsini mən istəmişəm. Həmin mövqedə fərqli profildə bir futbolçu görmək istəyirdim. Canluici dünyanın ən yaxşı qapıçılarından biridir, lakin bu, mənim qərarımdır”.
Xatırladaq ki, İtaliya millisinin üzvü ötən gün Paris təmsilçisindən ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-nin heyətində çıxış edir.
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- “İmişli” hücumçusu ilə yollarını ayırıb - RƏSMİ
- İranlı qrossmeyster: “Əlimdən gələni edəcəyəm”
- “Fənərbaxça” Okan Buruk haqqında bəyanat yayıb
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb