Lukman “Napoli” yolunda
15.06.2025 - 00:08
Bu mövsüm A Seriyasının qalibi olan “Napoli” heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Atalanta"nın ulduz futbolçusu Ademola Lukmanı transfer etmək istəyir.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Atalanta” 27 yaşlı futbolçunun satışından 60 milyon avro gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, geridə qalan A Seriyası mövsümündə nigeriyalı futbolçu çıxış etdiyi 31 matçda 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sabiq “Siti”li İsveçrə klubundan ayrılıb
- "Dinamo"nun futbolçusu "Sabah"a gəlir? - Danışıqlar aparılır
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- "Beşiktaş"ın yeni baş məşqçisi bəlli olub
- Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
0
0