Messi 400-ə çatdı - “İnter Mayami” 1/4 finalda
09.11.2025 - 11:43
“İnter Mayami” MLS-də pley-off seriyasının üçüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi komanda “Neşvill”lə qarşılaşıb.
Matç “İnter Mayami”nin 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Messi bu görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Beləliklə, “İnter Mayami” seriyada ümumi hesabla 2:1 üstün olaraq 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Argentina millisinin kapitanı Lionel Messi bu qarşılaşmada karyerasının 400-cü assistini rəsmiləşdirib.
- Şahruddin: “Millinin heyətində 3-4 nəfər öz komandasında daimi oynayır”
- “Çelsi”də şok qalmaqal: Sabiq xəzinədar 208 min funtu mənimsəyib
- “Sabah”ın baş məşqçisi: “Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq”
- Mourinyo qərarını verdi – sloveniyalı futbolçu komandadan ayrılır
- Gimnastlarımızdan Dünya Oyunlarında üç gümüş medal
0
0