“Milan”ın futbolçusu zədələnib
09.12.2025 - 02:05
“Milan”ın heyətində ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından Rafael Leao sıradan çıxıb.
26 yaşlı vinger A Seriyasının XIV turu çərçivəsində keçirilən “Torino” ilə matçın (4:2) 33-cü dəqiqəsində zədə alaraq meydanı tərk edib.
Portuqaliya millisinin üzvünün vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Leao bu mövsüm “Milan”ın heyətində meydana çıxdığı 11 rəsmi qarşılaşmada 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Çelsi”nin heyətində itki yaşandı - OYUNU DAVAM ETDİRƏ BİLMƏDİ
- Premyer Liqa: “Yunayted”dən darmadağın
- Qurban Qurbanov: "İlk matçdakı nəticə bizim üstün olduğumuzu göstərir"
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Qarabağ" braziliyalı ilə razılığa gəldi - Qaldı rəsmi müqavilə
0
0