Mourinyo qərarını verdi – sloveniyalı futbolçu komandadan ayrılır
11.07.2025 - 12:12

Türkiyə Super Liqası təmsilçisi “Fənərbaxça” yarımmüdafiəçisi Miha Zayç ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in baş məşqçisi Joze Mourinyo sloveniyalı futbolçunun komandadan ayrılmasında israrlıdır.
Ötən mövsümü icarə əsasında “Tuluza”da keçirən 31 yaşlı oyunçu ilə “Başakşəhər”, “Eyüpspor” və “Fatih Karagümrük” klubları yaxından maraqlanır.
Qeyd edək ki, Miha Zayç 2019-cu ilin yanvar ayında “Cenoa”dan “Fənərbaxça”ya 3,5 milyon avroya transfer olunub.
0
0