"Napoli" hücum xəttini yeni futbolçu ilə gücləndirib - RƏSMİ
18.07.2025 - 14:22
Ötən mövsümü A Seriyasında çempion kimi tamamlayan “Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Neapol təmsilçisi “Udineze” klubundan Lorenzo Lukkanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
24 yaşlı hücumçu 9 milyon avro qarşılığında 1 illik icarə əsasında “Napoli”nin heyətinə qatılıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Lorenzo Lukka ötən mövsüm “Udineze”nin heyətində 36 rəsmi oyunda çıxış edərək 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
- “Leypsiq” və “Aston Villa” Türkiyə millisinin üzvü ilə maraqlanır
- “Fənərbaxça”nın rəqibi baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
- "Hayduk" - "Zirə" oyununun hakim təyinatları açıqlanıb
- “Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib
0
0