Niderland millisinin üzvü “Tottenhem”də - RƏSMİ
29.08.2025 - 21:08
"Tottenhem" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Leypsiq" forması geyinən Xavi Simonsu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 22 yaşlı vingerlə 5+2 illik müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək.
Xavi yeni komandasında 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Niderland millisinin üzvü ötən mövsüm Bundesliqa klubunun heyətində meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 8 assistlə yadda qalıb.
- "Qalatasaray"ın "Saracoğlu" fəthi - "Fənər" yenə bacarmadı - YENİLƏNİB
- Rəşad Rəsullu: “Hədəfimiz Bakıda tarixə düşəcək dünya çempionatı keçirməkdir”
- Marko Yankoviç: “Liverpul”a qarşı oynamaq bizim üçün şərəfdir”
- “Zirə” hücumçu transfer edir - SADIQOV AÇIQLADI
- “Everton”dan 40 milyon avroluq transfer - RƏSMİ
0
0