Niderlandlı futbolçu Premyer Liqada klubunu dəyişə bilər
31.10.2025 - 11:20
“Mançester Siti”nin müdafiəçisi Natan Ake yayda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu ilə “Kristal Palas” yaxından maraqlanır.
Bu barədə “Teamtalk” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu 30 yaşlı oyunçunu mövsümün sonunda komandadan ayrılması gözlənilən Mark Gehinin əvəzləyicisi kimi görür.
Qeyd edək ki, “Mançester Siti” Niderland millisinin üzvünü 2020-ci ildə “Bornmut”dan 45,3 milyon avroya transfer edib.
- Boksçularımız Avropa birinciliyini 13 medalla başa vurub - FOTO
- “Qarabağ”ın futbolçusu qayıtdı - ÇEMPİONLAR LİQASINDA DA İŞTİRAK EDƏCƏK
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Qurbanov onu "gözdən çıxardı" - Komandadan göndəriləcək
- "Başakşəhər"də Çağdaş Atan dövrü sona çatdı - Yeni namizəd bəllidir
0
0