Ötən mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen İstanbul klubuna birdəfəlik transfer oluna bilər.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Məlumata görə, “sarı-qırmızılılar” nigeriyalı hücumçunun transferini yekunlaşdırmaq məqsədilə bu həftə İtaliyaya səfər etməyi planlaşdırır.
Hazırda müqavilə ilə “Napoli”yə məxsus olan 26 yaşlı forvard transfer gerçəkləşəcəyi təqdirdə “Qalatasaray”dan illik 16 milyon avro məvacib alacaq.
Qeyd edək ki, Nigeriya millisinin üzvü Osimhen ötən mövsüm “cimbom”un heyətində 41 rəsmi oyunda iştirak edərək 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça”nın yeni prezidenti BƏLLİ OLDU - YENİLƏNİB
- “Şamaxı” “Sumqayıt”ı məğlub etdi - YENİLƏNİB
- Taekvondoçumuz erməni rəqibini məğlub etdi - növbəti mərhələyə yüksəldi
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına start verib - FOTO