"Qalatasaray"la oyunda zədələndi - "Çelsi" matçında olmayacaq
01.10.2025 - 13:21
"Liverpul" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisinin qolkiperi Alisson Beker zədələnib.
Bu barədə komandanın baş məşqçisi Arne Slot məlumat yayıb.
O, braziliyalı qapıçının İngiltərə Premyer Liqasının VII turu çərçivəsində “Çelsi” ilə keçiriləcək oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.
Qeyd edək ki, Alisson ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qalatasaray”la keçirilən görüşdə (1:0) zədələnərək meydanı tərk etmişdi.
- Dünya çempionatı üçün millimizin heyəti açıqlanıb
- “Neftçi” futbolçusunu icarəyə verib - RƏSMİ
- Qurban Qurbanov: “Çelsi"nin oyun sisteminə uyğunlaşmalıyıq“
- Okan Buruk Mourinyonun ona fiziki müdaxilə etməsi barədə danışıb
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
0
0