"Real"ın hücumçusu Bundesliqa klubunun hədəfində
29.10.2025 - 14:10
"Real"ın hücumçusu Bundesliqa klubunun hədəfində

"Real Madrid"in hücumçusu Endrik karyerasını Bundesliqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Ştutqart" braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bu barədə "Goal" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Almaniya təmsilçisi Endriki 6 aylıq icarəyə götürməyi planlaşdırır. Artıq klublar arasında danışıqlar başlayıb.

Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan transfer edib. 19 yaşlı forvard "kral klubu"nun heyətində bu mövsüm heç bir oyunda meydana çıxmayıb.