Sabiq “Yunayted”li Çempionşipdə - RƏSMİ
24.07.2025 - 21:24
"Everton"dan ayrılan Eşli Yanqın yeni klubunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 40 yaşlı sağ cinah müdafiəçisi karyerasını Çempionşipdə davam etdirəcək.
İngiltərə millisinin sabiq üzvü "İpsviç Taun"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrqübəli futbolçu ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Eşli Yanq daha əvvəl "Mançester Yunayted", "İnter", "Aston Villa" və "Uotford" komandalarının şərəfini qoruyub.
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- Kristiano Ronaldo: “2026 dünya çempionatı son turnirim olacaq”
- "Fənər" iştirak ərizəsini UEFA-ya göndərib
- Super Liqada yaxa kamerasından istifadəyə start verilib
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
0
0