“Fənərbaxça”nın yeni prezidenti Sadettin Saran İstanbul klubunun məşq bazasını ziyarət edib.
Apasport.az xəbər verir ki, o, komandanın UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda səfərdə keçiriləcək “Dinamo Zaqreb” matçı öncəsi futbolçularla bir araya gəlib.
Saran həmçinin yerli mətbuat nümayəndələrinin bir sıra suallarını cavablandırıb. İş adamı, İrfan Can Eğribayatın bir müddət əvvəl onun haqqında səsləndirdiyi fikirləri “ani emosiyalarla deyilmiş sözlər” kimi dəyərləndirib.
Klub rəhbəri əlavə edib ki, komandanın heyətindəki hər bir futbolçu önəmlidir və rəhbərlik onları heç vaxt yalnız buraxmayacaq.
Qeyd edək ki, “Dinamo Zaqreb” – “Fənərbaxça” qarşılaşması sentyabrın 24-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- Fransalı futbolçu daha 5 il "Aston Villa"da - RƏSMİ
- Cerard Pike: "Bu cür oyunlarda komandalar xal qazanmamalıdır" - VİDEO
- Ərəblər millimizin üzvü ilə maraqlanır - 1+1 illik müqavilə təklif edəcəklər
- Avropa Liqasında yox, Konfransda oynayacaq – “Kristal Pelas”a UEFA şoku
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var