Tadiç ərəblərin radarında
19.02.2025 - 14:01
Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın futbolçusu Duşan Tadiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Duşan Tadiç "Fənərbaxça"dan gedir?
Apasport.az xəbər verir ki, "Əl-Taavun" serbiyalını heyətinə qatmağı planlaşdırır.
Tadiçin "Fənərbaxça" ilə müqaviləsi nə vaxta kimidir?
36 yaşlı futbolçunun “Fənərbaxça” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, 2023-cü il iyulun 16-dan İstanbul nəhəngində çıxış edir. Duşan “Voyvodina”, “Qroningen”, “Tvente”, “Southempton”, “Ayaks” klublarında oynayıb.
Duşan Tadiç bu mövsüm neçə qol vurub?
Tadiç bu mövsüm 36 matçda "Fənərbaxça" forması geyinib, 10 qol, 15 asistlə yadda qalıb.
- Argentina millisinin üzvü ölkəsinə qayıdıb - RƏSMİ
- Premyer Liqa: “Everton” “Yunayted” səfərindən 3 xalla qayıdır
- Rahid Əmirquliyev: "Qarabağ" göstərdiyi oyunla ÇL-də yer alacağına bizi ümidləndirir"
- "Qarabağ" - "Şkendiya" matçına satılan biletlərin sayı açıqlanıb
- "Milan" "Beşiktaş"a "yox" dedi - 15 MİLYON AVRO İSTƏYİR
0
0