Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.
Atatürk Olimpiya Stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 19:45-də başlayıb.
“Sarı-lacivərdlilər” Ceydon Ostervolde və komandanın yeni transferi Mateo Genduzinin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib və kuboku qazanıb.
Qeyd edək ki, “Fənərbaxça” tarixində 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə 2014/15 mövsümündə bu kubokun sahibi olmuşdu.
Türkiyə Superkuboku
Final
19:45. “Qalatasaray” - “Fənərbaxça” - 0:2
Qol: M. Genduzi, 28, C. Ostervolde, 48
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Fredrik Yensen: "Sabah bizi çətin oyun gözləyir"
- Niyaməddin Paşayev: "Taekvondoçularımız bizi dəstəkləyən hər kəsi sevindirdi" - VİDEO
- Karateçilərimiz dünya çempionatında iştirak edir
- Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib - FOTO