Türkiyəli futbolçu İtaliya yolunda - "ROMA" ONU İSTƏYİR
04.07.2025 - 11:57

"Roma" yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Benfika"nın türkiyəli futbolçusu Orkun Kökçü ilə yaxından maraqlanır.
İddialara görə, A Seriyası təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini 24 yaşlı yarımmüdafiəçini bəyənir və onu klubunda görməyi arzulayır.
"Benfika"da xoşbəxt olmayan və komandadan ayrılmaq istəyən Orkun Kökçü bu transferə müsbət yanaşır.
Hazırda iki tərəf arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Roma" 2020-ci ildə Kökçünü transfer etməyə çalışsa da, bu cəhd uğursuz olmuşdu.
- Ali Koçdan Acun Ilıcalıya Vida Mesajı: “Yolun Açıq Olsun”
- Fonseka ciddi cəza ilə qarşı-qarşıya: 7 ay futboldan uzaqlaşdırıla bilər
- Almaniya millisinin üzvü karyerasını başa vurub
- İtaliya millisinin forvardı Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
0
0