“Yuventus” daha bir “fənərli”yə “göz dikdi” – rəsmi təklif göndərildi
29.01.2026 - 22:08
Yusif En-Nesridən rədd cavabı alan “Yuventus” “Fənərbaxça”nın digər hücumçusunu heyətinə qatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, “qoca sinyora” İstanbul təmsilçisinin qapısını bu dəfə Con Duran üçün döyüb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, Turin klubu 22 yaşlı hücumçu üçün “sarı-lacivərdlilər”ə rəsmi təklif göndərib. Hazırda kolumbiyalı forvard bu təklifi dəyərləndirir.
Qeyd edək ki, “Fənərbaxça” Con Duranı mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan icarə əsasında heyətinə qatıb.
- Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
- PSJ-nin futbolçusu Afrikanın ən yaxşısı seçilib
- Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO
- Ançelottinin oğlu Braziliya klubunda - RƏSMİ
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
0
0