“Araz-Naxçıvan”da 2 itki
04.02.2024 - 22:26
"Araz-Naxçıvan" Premyer Liqanın 21-ci turunda “Kəpəz”lə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, komanda görüşün hazırlığını bu gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında yekunlaşdırıb.
Təxminən 1 saat davam edən çalışmada Abdulla Rzayev və İqor Ribeyro iştirak etməyib. Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir və onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sabah saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
- Miodraq Bojoviç: "Bu baxımdan bizim bəxtimiz gətirdi"
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”
- Murad Musayev: “Nəticə istədiyimiz kimi olmadı”
- Qurban Qurbanov: “Qara Qarayev planlarımız arasında yoxdur”
- TFF-dən “Fənərbaxça”ya: ”Federasiyamız “hesab vermə kürsüsü” deyil”
0
0