
Azərbaycanı bu yay avrokuboklarda təmsil edəcək “Araz-Naxçıvan” yerli çempionatda çıxış edən legionerlərlə maraqlanır.
Apasport.az saytına verilən məlumata görə, Naxçıvan klubu “Kəpəz”in müdafiəçisi Dioqo Verdaşkanı transfer siyahısına daxil edib.
Portuqaliyalı futbolçunun yeni sezonda daha iddialı komandada oynamaq istədiyi üçün aldığı təkliflərdən birini dəyərləndirəcəyi gözlənilir.
Amma qeyd edək ki, 28 yaşlı futbolçuya maraq göstərən yeganə Azərbaycan klubu “Araz-Naxçıvan” deyil. Onunla başqa Premyer Liqa təmsilçiləri də maraqlanır.
Karyerası ərzində “Porto B”, “Saraqosa”, “Beytar”, “Şlensk”, “Mirandes” kimi klublarda oynamış Verdaşkanın “Kəpəz”lə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
- "Qalatasaray"dan TFF-yə sərt sözlər: "Yenə təəccübləndirmədiniz"
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
- Vaqif Cavadov: “Növbəti matçlarda belə oyun görmək istəyirəm”
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
- “Barselona”dan Levandovski qərarı