Arzu Hüseynova: “Çalışacağıq ki, narazılıq yaşanmasın”
23.04.2025 - 11:27

“Gördüyümüz işlər həmişə dünya standartlarına cavab verib”.
Apasport.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransında deyib.
O, tədbirə hazırlıq barəsində danışıb: “Ölkəmizdə keçirilən bütün tədbirlərdən üzüağ çıxmışıq. Medallara gəldikdə çalışacağıq ki, heç bir narazılıq yaşanmasın".
Qeyd edək ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək.
0
0