"Yeni transferlərimiz var. Komandaya faydalı olacaqlarına inanıram".
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi" Futbol Klubunun baş icraçı direktoru Cenk Sümer deyib.
"Neftçi" yeni mövsümdə kuboklar qazanmaq niyyətindədir. Uğurlu mövsüm keçirmək istəyirik. Kuboklar qazanmaq istəyirik. Budcəmizə uyğun oyunçular almışıq. Baş məşqçimizin istədiyi futbolçuları araşdıraraq heyətə cəlb etmişik. Bu, futboldur. Hər şey ola bilər. Bəzi oyunçular bizdə xəyal qırıqlığı yaratdılar. Samir Abasov mövsümün ortasında komandaya gəldi. Bütün oyunları təhlil etdik. Skaut komandamızı təkmilləşdirmişik. Ümid edirəm ki, yeni mövsümdə uğursuzluq yaşamayacağıq. "Neftçi" bir ailədir. Bunu təlim-məşq toplanışında da gördük. Artıq yaxşı bazamız da var".
Sümer komandanın çempionluq şanslarını dəyərləndirib: "Çempionluğa namizədlərdən biriyik. "Neftçi" camiəsini xoşbəxt edəcək nəticələr qazanmaq istəyirik”.
- Qurban Qurbanov: "Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu"
- Şahin Diniyev: “Qorxmuram, komanda düz yoldadır”
- “Qarabağ”ın baş məşqçisi: “Nəriman üzərində daha çox çalışsa…”
- "Turan Tovuz"da ciddi itkilər - "Qarabağ"la matçda olmayacaqlar
- "Formula-1" Azərbaycan Qran-prisi: Bakı Şəhər Halqasında Heyrətamiz Yarış