
Avstriyanın Lints şəhərində cüdo üzrə Qran-pri keçirilir.
Apasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin iki idmançısı tatamiyə çıxıb.
52 kq çəkidə mübarizəyə qoşulan qadın cüdoçularımız medal qazana bilməyiblər. Onların hər ikisi mübarizəyə ikinci mərhələdən start verib. Gültac Məmmədəliyeva Camila Silvaya (Kabo-Verde) uduzaraq yarışla vidalaşıb.
Aydan Vəliyeva öncə israilli Rut Lavi, ardınca ABŞ təmsilçisi Ancelika Delqadonu məğlub edib. O, 1/4 finalda braziliyalı Cessika Pereyraya uduzub. Aydan təsəlliverici görüşdə Mariya Siderota (Portuqaliya) uduzaraq, Qran-Prini 7-ci pillədə başa vurub.
Qeyd edək ki, yığmamız turnirə 5 cüdoçu ilə yollanıb.
- Çempionlar Liqasında Azərbaycan dueli
- Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”
- "Kocaelispor" ayağının tozu ilə "Qarabağ"dan futbolçu istəyir - HƏM DƏ YERLİ
- Elvin Yunuszadə: “Məqsədim milliyə qayıtmaqdır”
- Sərxan Hacıyev: “Lisenziyalaşdırma ilə bağlı müəyyən qaydalar təsdiq olundu“