Azərbaycan milli komandasının üzvü Emil Mustafayev mövsümün sonunda “Polessye”yə qayıdacaq.
Apasport.az saytına verilən məlumata görə, Jitomir təmsilçisinin heyətində istədiyi qədər oynamaq şansı tapmadığı üçün “Çernomorets”ə icarəyə yollanan futbolçu Odessa klubundakı durumdan da razı deyil.
Onun mövsümün sonunda “Çernomorets”dən ayrılaraq “Polessye”yə dönəcəyi dəqiqləşib. Futbolçunun yeni sezona Azərbaycanda başlamaq ehtimalı hələ də qalıb.
Yerli pasportu olduğu üçün klublarımız Mustafayevi heyətinə qatmaq üçün rəqabət aparırdı. Amma Premyer Liqada legioner limitinin ləğvindən sonra vəziyyət dəyişə bilər.
Mustafayevin xidmətində maraqlı olan klubların sayı az deyil. Həm Ukrayna, həm də Avropadan Emili heyətinə qatmaq istəyən komandalar var.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Aleksandriya” klubunun yetirməsidir. Onun “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- I Liqaya yolçu qalmasın – Batan Gəmiyə Kapitan Axtarılır
- "Neftçi" niyə "Qarabağ"la ard-arda oynayacaq?: BELƏ İSTƏDİLƏR - ÖZƏL
- Kaxaber Sxadadze: "Bəzi insanlar düşünürdülər ki, “Qəbələ” dağılacaq"
- "Qəbələ" Premyer Liqa sevincini belə yaşadı - VİDEO
- Nazim Sadıxov: “Rafael Fiziyevin rəqibini məğlub edəcəyinə inanıram”