Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Nürnberq”dən ayrılmağa çox yaxındır.
Apasport.az saytına verilən məlumata görə, Miroslav Klozenin ona qarşı münasibətindən narazı olan Mahir yaxşı fürsət də düşmüşkən, Almaniyanı tərk etməyi planlaşdırır.
O, hətta komandanın məşqlərindən də uzaqlaşıb. Belə ki, Cənubi Koreyanın “Seul” klubu ilə danışıq aparan Emreli “Nürnberq”in Almaniya 2-ci Bundesliqasının son görüşü üçün sifariş ərizəsinə də düşməyib.
Forvard matçdan bir neçə gün əvvəldən artıq kollektivdən kənar, fərdi məşqlər edir.
Emrelinin “Seul”a keçidi daha çox onun maliyyə istəklərindən asılı olacaq. Belə ki, asiyalılar “Nürnberq”ə istədiyi təzminatı ödəyəcək. Lakin əsas məsələ Emrelini maaş məsələsində razı salmaqdır. Əgər bu məsələdə də razılıq əldə olunarsa, millimizin üzvü Cənubi Koreyaya yollanacaq.
Xatırladaq ki, Mahir yayda "Nürnberq"lə 1+1 şərti ilə müqavilə imzalayıb.
- Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb
- Fransalılar "Mançester Yunayted"i tərk edir
- Snayperlərimiz dünya çempionatında
- FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
- Şahin Diniyev: “Sadəcə keyfiyyət məsələsində geri qaldıq”