"Fənərbaxça"nın Nqolo Kante transferi ilə bağlı yeni detallar bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti paylaşım edib.
Bildirilib ki, keçidin baş tutmasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi əməyi olub. Ölkə başçısı transferin baş tutması üçün dəstək göstərib.
"Fənərbaxça"nın rəsmi saytında bununla bağlı Sadettin Saranın açıqlaması yer alıb:
"Klubumuz dünya futbolunun önəmli futbolçularından olan Nqolo Kantenin transferini uğurla tamamlayıb.
Ölkə başçısı Rəcəb Tayyib Ərdoğana həm "Fənərbaxça"nın, həm də türk futbolunun inkişafına hesablanan bu cəhdin uğurla nəticələnməsində verdikləri vacib dəstək üçün şəxsim və klubum adından təşəkkür edirəm.
Bilinməlidir ki, bu müddət ərzində böyük "Fənərbaxça" azarkeşlərinin klubuna olan inancı, göstərdiyi güclü dəstək və yanımızda hiss etdirdiyi güvən bizlər üçün ən böyük motivasiya və güc qaynağı olub.
İndi o gücü meydanda göstərmək, komandamızın yanında olmaq zamanıdır.
Birlikdə inanacaq, birlikdə mübarizə aparacaq və birlikdə bacaracağıq".