Mərdəkanda qorxulu anlar: Futbolçu özündən getdi
13.09.2024 - 21:28

Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” - “Kəpəz” matçında xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, matçın uzatma dəqiqələrində hava topunda mübarizə zamanı rəqiblə toqquşan gəncəlilərin kapitanı Yeqor Xvalko zədələnib.
Huşunu itirən futbolçu özündən gedib. Dərhal meydana həkimlər və təcili tibbi yardım maşını daxil olub.
Nəticədə Xvalko təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Əvəzetmə haqqı qalmayan "Kəpəz" isə matçı 10 nəfərlə bitirib.
Qeyd edək ki, görüş naxçıvanlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Jeleznyakovadan Bakıda uğurlu nəticə
- Medina Qarabağ haqda: "İnsanların bizə sevgisini baxışlarından hiss edirik"
- "Birbaşa Bakı"nın rəqibi bəlli oldu
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- Mukiele "Bavariya" ilə anlaşdı
0
0