15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Futbol Kompleksində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Belarus komandasının 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.
Azərbaycan yığması növbəti oyununu sentyabrın 19-da Özbəkistana qarşı keçirəcək.
Qeyd edək ki, turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.
- “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib
- "Qalatasaray"ın "Yuventus" üzərində üstünlüyü: STATİSTİKA
- Qriqorçukun tikdiyi ev Abasovun başına yıxılır - "Neftçi", dərdim mənim!
- Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib